Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam-3_21

Körfəz ölkələrinə ixrac missiyaları başa çatıb -MÜQAVİLƏ BAĞLANIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Körfəz ölkələrinə ixrac missiyaları başa çatıb -MÜQAVİLƏ BAĞLANIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi  Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyaları Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi, Şarja şəhərlərinə və Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərinə təşkil edilib.

 

“Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycan məhsullarının körfəz ölkələrində tanıdılması məqsədi ilə təşkil olunan ixrac missiyalarına boya, mebeli, plastik borular və fitinq istehsalı, turizm, tekstil, nar şirəsi, fındıq, konserv məhsulları, çay, mineral suların istehsalı və s. sahələrdə fəaliyyət göstərən 29 Azərbaycan şirkəti daxil idi. Birləşmiş Ərəb Əmirliyinə təşkil olunmuş ixrac missiyası çərçivəsində Şarja şəhər Ticarət və Sənaye Palatasının nümayəndələri ilə keçirilən görüşdə ixrac imkanlarının genişləndirilməsi, iki ölkə sahibkarları arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində müzakirələr aparılıb. Bundan başqa, Azərbaycan sahibkarları Şarja hava limanında beynəlxalq azad iqtisadi zonada olub, “Sharjah Coop” və “Abu-dabi Coop” supermarketlərinin fəaliyyəti ilə tanış olublar.

 

Missiyalar çərçivəsində xarici şirkət nümayəndələri ilə keçirilən görüşlərdə Azərbaycan məhsulları barədə məlumat verilib, ixracın artırılması  istiqamətində fikir mübadiləsi aparılıb.

 

Görüşlər zamanı təqdim olunan yerli məhsullar xarici şirkətlər tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, Azərbaycanın “Khan-El” şirkəti ilə BƏƏ-nin “Haghanyat General Trading” şirkəti arasında fındıq məhsulunun ixracına dair müqavilə bağlanıb. Müqaviləyə əsasən yaxın vaxtlarda şirkət tərəfindən BƏƏ-ə fındıq ixracına  başlanacaq.

 

Missiya iştirakçıları Dubay şəhərində “Azərbaycan Ticarət evi”nin yaradılması işlərlərinin gedişi tanış olublar.

19.12.2018 07:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ