Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sahibkarlara verilmiş möhlət hüququ bu ay bitir - MÜRACİƏT

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sahibkarlara verilmiş möhlət hüququ bu ay bitir - MÜRACİƏT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (Agentlik) qida sahəsində çalışan sahibkarlara müraciət edib.

 

Qurum iş adamlarını qida təhlükəsizliyi qeydiyyatından keçməyə çağırıb.

 

Xatırladaq ki, AQTA bu il iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatına və dövlət reyestrinin aparılmasına başlayıb. Prosedur kifayət qədər asan olsa da, indiyə qədər qida sahəsində fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri qeydiyyatdan keçmək üçün müraciət etməyiblər.

 

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən Azərbaycanda qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır. Yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir.

 

Qanunun 7.3-cü maddəsinə əsasən qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.

 

Odur ki, AQTA qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə çağırış edir ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirsinlər və qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün Agentliyə müraciət etsinlər. Əks halda, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı, qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər həyata keçiriləcək.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

19.12.2018 09:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ