Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gürcüstandan Azərbaycana ixracda böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstandan Azərbaycana ixracda böyük artım
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 942 mln. 857,9 min dollar təşkil edib.

 

Bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

 

Sənədə əsasən, bu ilin ilk 11 ayı ərzində qonşu ölkənin ümumi ticarət dövriyyəsində Azərbaycanın payı 8,3% təşkil edib.

 

Hesabat dövründə Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın 4-cü ən böyük ticarət tərəfdaşı olub.

 

Yanvar-noyabr aylarında Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 96,5% artaraq 435 mln. 846 min dollar təşkil edib. Gürcüstanın ümumi ixracının 14,4%-i Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan Gürcüstanın birinci ən böyük ixrac tərəfdaşı olub.

 

Azərbaycandan isə Gürcüstana 507 mln. 011,9 min dollar dəyərində məhsul ixrac olunub ki, bu da illik müqayisədə 6,8% çoxdur. Azərbaycan Gürcüstanın ümumi idxalında 6,1% paya sahib olmaqla, qonşu ölkənin 4-cü əsas idxal tərəfdaşı olub.

 

Bu ilin ilk 11 ayı ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi illik müqayisədə 18,6% artaraq 11 mlrd. 324,7 mln. dollar təşkil edib. Qonşu ölkənin ixracı 3 mlrd. 033,5 mln. dollar (+24%), idxalı isə 8 mlrd. 291,2 mln. dollar (+16,8%) dəyərində olub. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

19.12.2018 09:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ