Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“AtaSığorta”nın “Gəncə” filialı yeni ünvanda!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaSığorta”nın “Gəncə” filialı yeni ünvanda!

“AtaSığorta” ASC sığorta xidmətlərinə tələbatın artmasını nəzərə alaraq müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə “GƏNCƏ” Filialının ofisini yeni ünvanda Gəncə şəhərində müştərilərin istifadəsinə verib.

 

Reklam_3_11

Açılışda şirkətin İdarə Heyəti sədrinin müavini Qoşqar Həsənov, departament direktorları, şöbə müdirləri və bir sıra fəxri qonaqlar iştirak etmişlər.

 

Yeni ünvanda açılmış “GƏNCƏ” Filialı Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 203.C ünvanında fəaliyyət göstərir.

 

"Rahat və geniş binada tam təmir edilmiş, müasir texnoloji avadanlıqlarla təmin edilmiş və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdir. Satış ofisinin rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir",- “AtaSığorta”nın məlumatında deyilir.

 

“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkətimizin ödənilmiş nizamnamə kapitalı 14,6 mln. AZN təşkil edir. Şirkətimizin aktivləri hal-hazırda 30 milyon manatdan çoxdur. Şirkətimiz 26 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun üzvüdür. “AtaSığorta” ASC Bakı şəhəri daxil olmaqla regionlar üzrə 15 filialı, 19 nümayəndəliyi və 60-dan çox satış ofisləri ilə müştərilərə xidmət göstərməkdədir.

19.12.2018 12:58

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ