Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

Baş nazirin sədirliyi ilə Dövlət Neft Fondunda iclas

iç səhifə xəbər başlığı altı (mobil)_31
Baş nazirin sədirliyi ilə Dövlət Neft Fondunda iclas
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci il dekabr ayının 18-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Fonddan "Marja"ya daxil olmuş məlumata görə, Azərbaycan Respublikasının Baş naziri, ARDNF-nin Müşahidə Şurasının Sədri cənab Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi müzakirə olunub.

 

Müşahidə Şurası tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının rəyi nəzərə alınmaqla ARDNF-nin 2019-cu il üçün büdcə layihəsinə, o cümlədən ARDNF-nin idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-nin İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, ARDNF-nin 2019-cu il büdcəsinin gəlirlərinin  15 milyard 450,1 milyon manat, xərclərinin 11 milyard 595,2  milyon manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 milyon manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb və müvafiq olaraq ARDNF-nin büdcə layihəsi, o cümlədən ARDNF-nin vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və ARDNF-nin idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib və ARDNF-nin 2019-cu il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

 

İclasda eyni zamanda "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar" ında təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib. 

19.12.2018 13:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ