Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakının mərkəzində tam yeni üslubda ilk Bakcell konsept mağazası açıldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) İlin sonuna kimi buradan mobil telefon alan abunəçilərə 2019-cu il boyu pulsuz danışıq və giqabaytlarla pulsuz internet


 

Reklam_3_11

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Bakı mərkəzində, Fəvvarələr meydanında tam yeni üslubda olan konsept mağazasını istifadəyə verib.

 

İnnovativ konsepsiya əsasında dizayn olunmuş bu mağaza özündə nömrə və cihaz satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirir.

 

“Bakcell özünün üstün xidmətləri və ən sürətli mobil şəbəkəsi ilə çox əlverişli qiymətə yüksək keyfiyyət təklif edir. Biz çalışırıq ki, “Bakcell”in innovativ məhsul və xidmətlərini həm Bakı ərazisində, həm də Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərimiz üçün daha əlçatan edək. Bu il biz ölkənin müxtəlif regionlarında yeni satış və müştəri xidmətləri mərkəzlərinin açılışını etdik. Bu gün isə Bakının mərkəzində tam yeni konsepsiyaya malik innovativ mağazanı abunəçilərimizə təqdim edirik. Növbəti illər ərzində bu cür mərkəzlərin sayını artıracağıq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

 

Hacı Zeynalabdin Tağıyev küçəsi 19 (Fəvvarələr Meydanı) ünvanındakı yeni mağazanın açılışı ilə əlaqədar Bakcell şirkəti xüsusi kampaniya elan edib.

 

“2018-ci ilin dekabrın sonuna qədər bu mağazadan istənilən model mobil telefon alan hər bir müştəri gələn il pulsuz danışacaq və pulsuz internet əldə edəcək”, deyə Nikolai Beckers əlavə edib.

 

Qeyd edək ki, kampaniya şərtlərinə əsasən, ilin sonuna kimi əldə olunan hər bir mobil telefonla bərabər Bakcell abunəçilərinə bir illik pulsuz və limitsiz şəbəkədaxili zənglər və hər ay 4 GB internet hədiyyə veriləcək. Abunəçi həmin interneti istifadə etdikdən sonra isə, hər bir giqabaytın qiyməti cəmi 0.25 AZN edəcək.  Mağazadan telefon aksesuarları alan müştəriləri də maraqlı  hədiyyələr gözləyir.

 

Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də  müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.

19.12.2018 13:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ