Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Uçuşların bərpası, Xəzər dənizində kruiz məsələləri müzakirə olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Uçuşların bərpası, Xəzər dənizində kruiz məsələləri müzakirə olunub

Dekabrın 19-da Dövlət Turizm Agentliyi ilə Rusiyanın Həştərxan vilayəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.

 

Reklam_3_11

Agentlikdən bildirilib ki, imzalanma Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Sergey Morozovla Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev arasında görüş çərçivəsində reallaşıb.

 

Tərəflər turizm sahəsində uzunmüddətli və konstruktiv əlaqələrin inkişaf etdirilməsi məqsədilə bir sıra məsələlər üzrə razılıq əldə ediblər.

 

Görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayətinin turizm məhsullarının qarşılıqlı təşviqi və turist mübadiləsinin daha da artırılması üçün Həştərxan və Bakı şəhərləri arasında uçuşların bərpası, Xəzər dənizi kruiz xətti üzrə turizm layihəsinin həyata keçirilməsinin təşviq edilməsi məsələləri müzakirə olunub.

 

Tərəflər arasında birgə turizm proqramları və layihələrində qarşılıqlı iştirak etmək, tur operatorları arasında birbaşa əməkdaşlığı inkişaf etdirmək üzrə razılaşma da əldə edilib.

19.12.2018 13:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ