Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Yanvardan avtomat “Khazar” avtomobilləri istehsal ediləcək” - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Yanvardan avtomat “Khazar” avtomobilləri istehsal ediləcək” - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan, “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin (ASC) və “İran Khodro” şirkətinin birgə yaratdığı “Khazar” Avtomobil Zavodunun fəaliyyətilə bağlı “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov sualları cavablandırıb.



- Emin bəy, “Khazar” Avtomobil Zavodunun bu il ərzində fəaliyyətini necə qiymətləndirirsiz? Qarşıya qoyulan hədəflərə çatmaq mümkün oldumu?

Reklam_3_11

 

- Zavod tam olaraq cəmi 4 aydır ki, fəaliyyətdədir. Bundan əvvəl hazırlıq işləri gedirdi. Çünki bütün bunlar olmadan tam olaraq istehsala başlamaq mümkün deyildi. İşlərimiz qaydasında gedir. 4 ay ərzində 1000 avtomobil satılıb.


- Hazırda alıcılar hansı modelə daha çox maraq göstərir?

 

- “Khazar” SD markalarına daha çox üstülük verilir.
 


- Bildiyimizə görə, istehsal edilən bütün avtomobillər mexaniki ötürücülü modellərdir. Hazırda isə tələbat daha çox avtomat ötürücülü avtomobillərədir. Zavodda bu cür avtomobillərin də istehsalı nəzərdə tutulubmu?

 

- Bəli, növbəti ilin yanvar ayından etibarın zavodda avtomat ötürücülü  avtomobillər də istehsal ediləcək. Avtomat ötürcülü avtomobillərin istehsalı üçün bizim mühəndislərimiz müəyyən təlimlərdə olurlar. Həmçinin, avadanlıqlar alınır. Bu hazırlıqlar üçün müəyyən vaxt lazım olduğu üçün yanvardan istehsala başlayacağıq.


- Avtomat ötürcülü avtomobillər əsasən hansı modeldə istehsal olunacaq?

 

- Hamısı “Khazar” brendi adı altında istehsal ediləcək. Model olaraq tamamilə fərqli və yeni model olacaq. Hələ ki modeli açıqlamırıq.


- Qiymətlər necə müəyyənləşəcək bu modellərdə?

 

- Qiymətlər təxminən 19 min manatdan başlayacaq. Alıcılar nağd, kredit, lizinq vasitəsilə bu maşınları ala biləcəklər.


- Zavodda istehsal olunan avtomobillərin yerli alıcı üçün əsas üstünlüyü nədədir? Yəni bir vətəndaş niyə “Khazar” avtomobilini almalıdır?

 

- Başlıca üstünlük qiymət və keyfiyyətlə bağlıdır. Hazırda bazara ən ucuz maşınları Rusiya və Çin istehsalçıları çıxarır. Azərbaycanda onların qiyməti 21 min manatdan başlayır. Bizim avtomobillər isə daha ucuz qiymətə - 14-16 min manata təklif olunur və daha geniş komplektasiyaya malikdir. Qeyd edim ki, bu avtomobillər AVRO 5 standartlarına uyğun mühərriklə təchiz olunub, salonu daha geniş və komfortludur, mərkəzi konsolda geniş monitoru var. Bundan başqa, avtomobil şüşə lyük, ABC, multisükan, yüngül lehimli disklər, ön oturacaqların avtomatik tənzimlənməsi, LED fənərlər, arxa görüntü kamera, park-radar və digər opsiyalarla təchiz olunub. Azərbaycan bazarında bu qiymətə belə təchizata malik avtomobil yoxdur.


- Bütün ehtiyat hissələri yenə də xarici ölkələrdən gətirilir yəqin ki... Hansı ölkələrdir bunlar?

 

- Əsasən Avropadan... Çin, İran və başqa ölkələrdən də gətirilir. Gələcəkdə bəzi  hissələrin ölkəmizdə istehsalını da planlaşdırırıq.


- Maraqlıdır, bunun üçün hansı addımlar atılır?

 

- Hazırda bu barədə müzakirələr gedir, danışıqlar aparırıq. Ümumiyyətlə, “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır və fəaliyyətimizi də bu istiqamətdə qururuq. Qeyd edim ki, Azərbaycan ərazisində ehtiyat hissələri istehsal edildikdən sonra avtomobilin maya dəyəri azalacaq. Bu da öz növbəsində satış qiymətinə təsir göstərəcək. Eyni zamanda, rəqabət qabiliyyəti artacaq və müəssisəmiz avtomobil bazarında öz sinfi üzrə mühüm paya malik olacaq.


- Tələbat artdıqca, satış mərkəzlərinin sayını artırmağı planlaşdırırsınızmı?

 

- Əlbəttə. İstehsal olunan avtomobillər ilkin olaraq Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşən Avtomobil Satış Mərkəzində satışa çıxarılıb. Amma digər ərazilərdə də satış mərkəzlərinin açılması nəzərdə tutulub. Məsələn, Babək prospektində işlər tam yekunlaşdıqdan sonra ərazini nəzərdən keçirəcəyik.


- Müxtəlif qurumlardan müraciətlər vardı. Davam edirmi sifarişlər, yoxsa bütün qurumlar “Khazar” avtomobillərindən alıb?

 

- Bir çox qurumlar, İqtisadiyyat, Vergilər, Energetika, Maliyyə nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası və digərləri bizə sifrişlər vermişdi. Sifarişlərin hamısı tam olaraq yerinə yetirilib. Satılan avtomobillərin təxminən 35-40 faizi dövlət sifarişli idi, yerdə qalanlar isə fiziki şəxslər, sahibkarlar tərəfindən alınıb.


- Dediniz zavod tam gücü ilə fəaliyyətdədir. Əməkdaşların sayı işlərin öhdəsindən gəlməyə kifayət edirmi?

 

- Hazırda 150 nəfər əməkdaşımız var. Amma isthsal artdıqca, işçilərin sayı da artacaq.


- Demək olarmı ki “Khazar” avtomobilləri bazarda özünə yer tuta bildi?

 

- Tam olaraq 100 faiz bunu deyirik.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Modern

19.12.2018 12:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ