Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xarici səfər etmiş 4 milyon 464 min 500 nəfər ölkə vətəndaşlarının 33,3 faizi və ya 1 milyon 486 min nədəri İrana səfər edib.


 

Reklam_3_11

2018-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 4 milyon 464 min 500 nəfər olmuşdur.

 

"Marja" xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ölkə vətəndaşlarının 33,3 faizi İrana, 29,1 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 12,6 faizi Türkiyəyə, 1,5 faizi Ukraynaya, 0,9 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,7 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 65,4 faizi kişilər, 34,6 faizi isə qadınlar olmuşdur.


Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 69,3 faiz, Gürcüstana gedənlərin sayı 3,3 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 0,3 faiz  azalmışdır.


Cari ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,2 faizi dəmir yolu və avtomobil, 18,0 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

19.12.2018 13:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ