Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Agentlikdə "bazarkom"lar ilə görüş - "Fəaliyyətinizi təkmilləşdirin"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Agentlikdə "bazarkom"lar ilə görüş - "Fəaliyyətinizi təkmilləşdirin"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dekabrın 19-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində 30-dan çox bazar tipli ticarət mərkəzinin rəhbəri ilə görüş keçirilib. Məqsəd bazar tipli ticarət mərkəzlərində qida təhlükəsizliyi nəzarətinin təkmilləşdirilməsidir.

 

Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, görüşdə sahibkarların diqqətinə çatdırılıb ki, Agentlik  qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirir. Bazar tipli ticarət mərkəzlərinin rəhbərləri də bu istiqamətdə öz fəaliyyətlərini təkmilləşdirməli və məhsulun təhlükəsiz satışını təmin etməlidirlər.

 

Qida Təhlükəsizliyi Agentliyinin Sədrinin müavini Rəşad Mafusov sahibkarlara Agentliyin əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bazar tipli ticarət mərkəzlərinin rəhbərləri də bu prosesə qoşulmalıdır. Həmçinin, bu tipli ticarət mərkəzlərində yeni nəzarət sisteminin qurulması  təmin edilməlidir.

 

Sonda bazar tipli ticarət mərkəzləri rəhbərlərinin problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

19.12.2018 13:59

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ