Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

Rusiyanın daha 2 şirkəti Azərbaycana uçuşlar həyata keçirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyanın daha 2 şirkəti Azərbaycana uçuşlar həyata keçirəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “UVT AERO” və “Nordavia” aviaşirkətləri Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyindən Azərbaycana beynəlxalq reyslərin həyata keçirilməsi üçün razılıq alıb.

 

Reklam_3_11

Rusiya mətbuatının verdiyi məlumata görə, “UVT-AERO” aviaşirkəti həftədə 2 dəfə olmaqla Kazan-Gəncə və həftədə 1 dəfə olmaqla Moskva-Naxçıvan istiqamətində uçuşlar həyata keçirəcək.

 

Bundan başqa, məlumatda deyilir ki, “Nordavia” aviaşirkəti isə Moskva-Naxçıvan istiqamətində uçuçların həyata keçirilməsi üçün razılıq əldə edib. Uçuşlar həftədə 2 dəfə həyata keçiriləcək.

 

Qeyd edək ki, “UVT-AERO” aviaşirkəti 2015-ci ildə bağlanmış “Ak Bars Aero” şirkətinin bazasında yaradılıb. Şirkət Tatarıstanın şəhərlərindən müntəzəm aviareyslər həyata keçirir. Şirkətin Kazan, Buqulma və Bekişevo şəhərlərində hava limanları mövcuddur.

 

“Nordavia” şirkəti isə Rusiyanın Şimal-Qərb Federal Dairəsindən Rusiya üzrə sərnişinlərin daşıması ilə məşğuldur. Şirkətin mərkəzi ofisləri “Domodedovo” və “Arxangelsk” aeroportlarında yerləşir. Daşıyıcının parkında “Boeing-737-500” sərnişin laynerləri mövcuddur. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

19.12.2018 14:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ