Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fed-dən bu axşam nə gözlənilir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-dən bu axşam nə gözlənilir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Bankının (Fed) "göyərçin" intonasiya ilə faiz artıracağı, 2019-da isə faiz artırmağa bir müddət fasilə verəcəyi bildirilir


 
Fed-in, Vaşinqtonda 2 gündür davam edən toplantısında ABŞ Prezidenti Donald Trampın təzyiqlərini bir kənara qoyaraq, faizləri bu il 4-cü dəfə artıracağı, 2019-cu il üçün isə daha yavaş artım siqnalı verəcəyi gözlənilir.
 
 
Fed-in pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar komitəsinin (FOMC) bu gün faizləri 25 bənd artıraraq 2.25 - 2.50% aralığına, yəni 10 ilin ən yüksək səviyyəsinə qaldıracağı gözlənilir. Faiz qərarı bu axşam saat 23:00-da açıqlanacaq.
 

Reklam_3_11

Faiz qərarıi açıqlamasının mətnindən "daha çox mərhələli artım olacaq" ifadələrinin çıxarılacağı və iqtisadi proqnozların da aşağı salınacağı gözlənilir. Fed-in bu iclasda faiz artırmaması da bazarlarda tamamilə təcrid olunmur. Çoxları Fed-in bazarları təəccübləndirməyəcəyini düşünsə də, sürpriz qərar da ola bilər. 
 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Fed sədri Cerom Pauell-in saat 23:30-dakı mətbuat konfransında Trampın faizin artırılması iradlarına dair suallarla üzləşəcəyi bildirilir.

 

Sentyabrda 3 olan 2019-da faiz artırımı sayı proqnozunun 2-yə düşəcəyi gözlənilir. Komitənin gələn il inflyasiya baxacağı bildirilir.

 

Baza inflyasiya İyul ayında Fed-in 2% hədəfinə çatmasından sonra zəifləyib və Oktyabrda 1.8%-ə düşüb.


Pauellin neytral faiz nisbəti barəsində açıqlamaları da təqib ediləcək. Pauell 3 Oktyabrdakı çıxışında neytral faizdən uzaq olduqlarını bildirmiş və bazarda satış dalğası baş vermişdir. O, 28 Noyabrda isə Fed-in faizlərinin neytral səviyyədən bir az aşağı olduğunu bildirmişdi. Neytral faiz səviyyəsi iqtisadiyyatın çox sürtələnməsinə və ya ləngiməsinə səbəb olmayan səviyyəyə deyilir. 

19.12.2018 14:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ