Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıb

Nazirlər Kabinetinin 2007-ci il tarixli 25 iyun 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi barədə Qaydalara” əsasən toxum və ting istehsalçılarına subsidiyanın verilməsinə başlanılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə yaradılmış Ekspert Şurasında rayon/şəhər komissiyalarından daxil olmuş müraciətlərə baxılıb.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Ekspert Şurasının qərarı ilə Quba, Şəmkir, Tovuz, Ağcabədi, Göyçay, Cəlilabad, Masallı, Qobustan, İsmayıllı, Füzuli, Qazax, Ağdaş, Neftçala, Ucar, Biləsuvar, İmişli, Hacıqabul, Salyan, Ağdam, Ağsu, Qəbələ, Kürdəmir, Beyləqan, Şamaxı, Oğuz, Qax, Sabirabad, Göygöl, Şabran, Samux, Xocavənd, Saatlı, Gədəbəy, Daşkəsən rayonları üzrə dövlət və özəl toxumçuluq və tinglik təsərrüfatlarına 5 milyon 409 min 386 manat vəsait ödənilib.

 

Digər rayon/şəhər komissiyalarından daxil olmuş sənədlərə də baxılır və yaxın günlərdə toxum və ting istehsalçılarına subsidiya ödəniləcək.

 

Şəffaflığın təmin olunması məqsədilə fermerlər subsidiyanı “Kapital Bank”ın rayon filiallarından plastik kart vasitəsilə əldə edə bilərlər. Ekspert Şurasının yekun qərarından sonra subsidiyalar barədə ümumu məlumatlar Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

19.12.2018 14:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ