Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Fed faiz qərarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarını açıqladı

ABŞ Prezidenti Donald Trampın tənqid və təzyiqlərinə baxmayaraq Fed faiz artırdı. Fed rəsmilərinin 2019-cu il üçün faiz artırımı təxmini 3-dən 2-yə düşdü. Yəni gələn il 3 dəfə deyil, 2 dəfə faiz artıracaqlarını gözləyirlər.​


 

ABŞ Mərkəzi Bankı (Fed) qlobal bazarların səbirsizliklə gözlədiyi qərarını verib.

 

"Marja" xəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) faiz dərəcələrini 25 bənd artıraraq 2.00% - 2.25% aralığından 2.25% - 2.50% aralığına qaldırıb. Fed 2018-ci ildə 4-cü dəfədir faiz artırır.

 

İqtisadçılar da Fed-in faiz artıracağını gözləyirdilər.


Fed gələn il 2 dəfə faiz artıracağını gözləyir. Sentyabrda bu barədə proqnoz 3 dəfə idi.

 

Bazarlarda diqqətlər faizin artırılmasından daha çox 2019-cu ilə dair proqnozlarda dəyişiklik olub olmayacağında idi. Fed rəsmilərinin 2019-cu ildə faizin neçə dəfə artırılacağına dair proqnozu 3-dən 2-yə düşüb.

 

Dollar qərara kəskin reaksiya verməyib.

 

Fed-in açıqlamasından sonra ABŞ birjaları düşüb. Dou (Dow) indeksində itki 350 bəndi aşıb.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Qərar mətnində, "İqtisadiyyat üçün risklər aşağı yuxarı balanslıdır, qlobal iqtisadi və maliyyə şərtlərinin iqtisadi mənzərəyə təsirləri izlənməkdə davam ediləcək. İnflyasiya hədəfə yaxındır, gözləntilər çox az dəyişib" deyilir.

 

Fed-in açıqlamasında da risklərin əhəmiyyətli dərəcədə balanslı olduğu bildirilib, iqtisadi fəaliyyətlərin güclü bir şəkildə artdığına və məşğulluq artımının güclü qaldığına diqqət çəkilib. Xərcləmələrdəki artımın güclü, investisiyaların "mülayim" olduğu bildirilib.

 

Fed-in neytral maliyyələşmə faizi barədə proqnozu əvvəlki 3%-dən 2.8%-ə geriləyib. Neytral faiz ehtimallarının aralığı isə dəyişməyərək 2.5% - 3.5%-də qalıb.


 
Rəsmilərin proqnozlarına görə, maliyyələşmə faizinə dair gözlənti 2019-cu il üçün 2.9%, 2020-ci il üçün 3.1% faiz, 2021-ci il üçün 3.1 faizdir.

 

İQTİSADİ ARTIM VƏ İNFLYASİYA PROQNOZLARI AŞAĞI SALINDI

 

Fed, 2018-ci il üçün iqtisadi artım gözləntisini 3.1%-dən 3.0%-ə, 2019-cu il üçün artımı proqnozu da 2.5%-dən 2.3%-ə endirib.
 

ABŞ Mərkəzi Bankı, 2018-ci il üçün baza inflyasiya gözləntisini 2.1%-dən 1.9%-ə; 2019-cu il üçün isə 2.0%-dən 1.9%-ə salıb. 

 

Fed-in Dekabr iclasının ardından rəsmilərin faizin artırılması tempinə dair gözləntilərinin yer aldığı nöqtəli qrafik:

19.12.2018 20:00

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ