Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

FED-in faiz qərarından sonra qlobal bazarlardakı vəziyyət - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
FED-in faiz qərarından sonra qlobal bazarlardakı vəziyyət - GÜNƏ BAXIŞ

Beynəlxalq valyuta birjalarında FED-in faiz qərarı açıqlamalarından sonra EUR/USD, GBP/USD və qızıl qiymətlərində ucuzlaşma müşahidə edilib.


 

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri Amerika Mərkəzi Bankının faiz artımından sonra bahalaşıb. 

 

EUR/USD məzənnəsi nəticədə 1.1380$-a kimi ucuzlaşıb və 1.1370$-ı da aşağı istiqamətdə qırarsa, ucuzlaşma 1.1313$-a kimi də sürətlənə bilər. GBP/USD məzənnəsi isə 1.2626$-ı aşağı istiqamətdə qırarsa, 1.2529$-a kimi ucuzlaşa bilər.

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:00-da İngiltərə Mərkəzi Bankının faiz açıqlaması olacaqdır. Saat 17:30-da yayımlanacaq Amerikanın sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. 

 

Əlvan metallar bazarlarında da qızılın qiyməti son iki ayın 5%-lik bahalaşmasından sonra ucuzlaşmağa başlayıb. Burada isə bir unsiya üzrə qiymət 1241$-ı aşağı istiqamətdə qırarsa, 1233$-a kimi ucuzlaşa bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

20.12.2018 05:48

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ