Tramp: Əsgərlərimizin evə qayıtması vaxtı gəlib
ABŞ Prezidenti Donald Tramp, Suriyada İŞİD-i məğlub etdiklərini bildirərək, "Əsgərlərimizin evə qayıtması vaxtı gəlib", -ifadəsini istifadə edib.
"Marja" xəbər verir ki, Tramp, sosial media hesabı "Twitter"dən verdiyi açıqlamada, İŞİD ilə mübarizəyə dair bəyanatlar verib.
Tramp, "Uzun zamandır Suriyada döyüşürük. Təxminən 2 ildir ki, ABŞ Prezidentiyəm, həqiqətən böyük mərhələ qət etdik və İŞİD-i məğlub etdik. İŞİD-i pis bir şəkildə məğlubiyyətə uğratdıq və torpaqları geri aldıq",- ifadəsini işlədib.
"Əsgərlərimizin evə qayıtması vaxtı gəlib", - açıqlamasını edərək, ABŞ əsgərlərinin ölkələrinə geri qayıdacağını bildirən Tramp, "Twitter"dən verdiyi digər bir açıqlamada isə, "Prezidentliyim dövründə Suriyada olmağımızın yeganə səbəbi olan İŞİD-i məğlub etdik", -ifadəsini işlətmişdi.
Amerika mediasının Xarici İşlər Nazirliyi rəsmilərinə istinadən yaydıqları xəbərlərdə də, Xarici İşlər Nazirliyinin, Suriyadakı bütün şəxsi heyətini 24 saat ərzində, ABŞ-ın Suriyadakı əsgərlərini isə 60- 100 gün ərzində çıxaracağı iddia edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl