Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Ermənilərlə görüş olmayıb" - NAZİRLİKDƏN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ermənilərlə görüş olmayıb" - NAZİRLİKDƏN AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədovla Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan arasında rəsmi və qeyri-rəsmi heç bir görüş olmayıb.

 

Bu barədə Nazirlikdən bildirilib. 

 

Xatırladaq ki, dekabrın 5-6-da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Parisdə (Fransa) yerləşən Avropa və Şimali Atlantika üzrə Regional Bürosunda müşavirə keçirilib. Bu tədbirdə A.Məmmədov da iştirak edib. Erməni mətbuatı Azərbaycan rəsmisinin Ermənistandan olan həmkarı ilə görüşməsi barədə məlumat yayıb. 

 

"Sadəcə həmin müşavirədəki kofe fasiləsində T.Revazyan Azərbaycan nümayəndə heyətinə yaxınlaşıb, bu vəzifəyə yeni təyin olduğunu deyərək özünü təqdim edib. Tərəflər arasında heç bir rəsmi və yaxud qeyri-rəsmi görüş olmayıb", - deyə açıqlamada qeyd olunub. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

20.12.2018 07:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ