Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Risk analitikindən Səudiyyə Ərəbistanı iddiası

iç səhifə xəbər başlığı altı (mobil)_31
Risk analitikindən Səudiyyə Ərəbistanı iddiası

Dünya şöhrətli risk analitiki Nassim Nikolas Taleb, Səudiyyə Ərəbistanının iflas edəcəyini iddia edib.
 

"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının büdcə rəqəmlərinin açıqlanmasının ardından "Twitter"də bir post paylaşan Nikolas Taleb, "Səudiyyə Ərəbistanı iflas edəcək" deyib. 
 

Reklam_3_11

Nikolas Taleb, 2007-ci ildə yazdığı "Qara Qu" adlı kitabı ilə tanınır. "Qara Qu", bazarların heç gözləmədiyi mənfi hadisəyə deyilir. "The Sunday Times" qəzeti "Qara Qu"nu İkinci Dünya Müharibəsindən bu yana yazılmış ən təsirli 12 kitab arasında göstərmişdi.
 

Səudiyyə Ərəbistanı açıqlamasında, 2019-cu ildə vətəndaşlarına verdiyi iqtisadi yardımlarına davam edəcəyini və dövlət xərclərini  7%-dən çox artıracağını bildirib.
 

Səudiyyə Ərəbistanının 2019-cu il büdcəsində 35 milyard dollar kəsir nəzərdə tutulur. Ancaq eyni büdcə neft qiymətlərini orta hesabla 80 dollar olaraq təxmin edir.
 

Halbuki, son dövrdə neft qiymətləri 60 dollar ətrafındadır. Neft qiymətlərinin daha da zəifləməsi halında, Səudiyyə Ərəbistanı beynəlxalq bazarlardan çox borc almaq məcburiyyətində qala bilər. Analitiklərə görə, Qaşıqçı qalmaqalı kimi hadisələr səbəbi ilə Səudiyyə Ərəbistanının beynəlxalq bazarlardan istədiyi məbləğdə borclanması çətin ola bilər.

20.12.2018 07:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ