Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bayram yarmarkaları başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bayram yarmarkaları başlayır

Sabahdan Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları işə başlayacaq.

 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova məlumat verib.

 

Onun sözlərinə görə, dekabrın 30-dək davam edəcək yarmarkada azərbaycanlı fermerlər pulsuz iştirak edəcəklər.

 

“Bayram yarmarkalarına çıxarılacaq məhsulları Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlayaraq satışa buraxacaq. Nazirlik qiymətlərin formalaşmasında iştirak etməyəcək, yəni qiymətlər tələb-təklif əsasında müəyyən ediləcək. Bununla belə, qiymətlərin münasib olması üçün fermerlərlə danışıqlar aparılır, maarifləndirici işlər görülür. Yarmarkada 110 fermer iştirak edəcək. Bundan başqa, 33 arıçı məhsullarını yarmarkaya çıxaracaq. Növbəti illərdə də bu tipli yarmarkaların təşkilini planlaşdırırıq”, - o qeyd edib.

 

L.Məmmədovova rəhbərlik etdiyi şirkətin reallaşdırdığı “Kənddən şəhərə” layihəsi barədə də danışıb və Bakıda ilk mağazanın gələn həftə açılacağını deyib: "Mağazada həm xammal, həm də emal olujnmuş formada yerl qida məhsullarının satışı həyata keçiriləcək". 

 

Bundan başqa, onun sözlərinə görə, hazırda “Dövlət Aqrar Ticarət Şirkəti” yerli fermerlərin məhsulunun ölkədən xaricdə satışını təşkil etməklə də məşğuldur: “Rusiya və Ukraynaya məhsul ixrac edirik. Digər ölkələrlə də danışıqlar aparırır, təkliflər almışıq”. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

20.12.2018 08:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ