Azərbaycana gələn iraqlılar 30 dəfə artıb
2016-cı ildə Azərbaycana gəlmiş əcnəbilərin sayı əvvəlki illə müqayisədə 12,1% artaraq 2 milyon 248,8 min nəfər olub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Azərbaycana səfər etmiş şəxslərin ümumi sayında qonşu ölkələrdən gələnlərin xüsusi çəkisi daha çox olub. Belə ki, ölkəmizə səfər edənlərin 33,1%-i Rusiya, 22,5%-i Gürcüstan, 14,0%-i Türkiyə, 11,1%-i İran, 19,3%-i isə digər ölkələrin vətəndaşları olub.
2015-ci il ilə müqayisədə 2016-cı ildə ölkəmizə gələn bir sıra xarici ölkə vətəndaşlarının sayında daha çox artım müşahidə edilib. Belə ki, İraq vətəndaşlarının sayı 30,0 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 22,0 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 10,2 dəfə, Qətər vətəndaşlarının sayı 5,5 dəfə, İran vətəndaşlarının sayı 66,2%, Misir vətəndaşlarının sayı 51,8%, Çin vətəndaşlarının sayı 44,5% artıb.
Ötən ildə Avropa İttifaqına üzv ölkələrdən gəlmiş vətəndaşların sayı 16,6% azalaraq 91,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 8,1% artaraq 868,0 min nəfər olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 27 d. əvvəl
- 49 d. əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Avstriyanın “Grabher Group” şirkətilə birgə sənaye layihələri müzakirə edilib
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin
-
19 saat əvvəl
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
-
21 saat əvvəl
Motosikllər və elektrik mühərrikli velosipedlər 15 %-lik gömrük rüsumuna cəlb ediləcək
- 21 saat əvvəl