Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“AtaSığorta”dan Palatanın qərarına münasibət

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaSığorta”dan Palatanın qərarına münasibət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Atasığorta” ASC, Maliyyə Bazarlarına Nəzarət Palatasının təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsini müvəqqəti dayandırmasına aydınlıq gətirib.

 

Reklam_3_11

"AtaSığorta" şirkətininin İdarə Heyəti sədrinin birinci müavini Orxan Məmmədov “Marja”ya bildirdi ki, təkrarasığorta lisenziyasının dayandırılmasının “Atasığorta”nın fəaliyyətinə mənfi təsiri olmayacaq:

 

““AtaSığorta” könüllü və icbari sığorta məhsullarının satışı ilə bərabər kənardan riskləri də təkrarasığortaya qəbul edə bilirdi. Bu istiqamət üzrə satışımız təxminən 200 min manat civarındadır. Bu məbləğ, 2018-ci ildəki 22 milyon manatlıq sığorta satışlarımız ilə müqayisədə cüzidir. Təkrarasığorta fəaliyyəti heç vaxt “AtaSığorta” üçün strateji olmayıb. Bu fəaliyyətin də göstərilməsi “prestij” kimi qəbul olunurdu. “AtaSığorta”nın təkrarasığorta lisenziyasının dayandırılmasının şirkətin fəaliyyətinə mənfi təsiri olmayacaq. Müştərilərimiz narahat olmasınlar, “AtaSığorta” fəaliyyətini davam etdirir, könüllü və icbari növlərin satışı əvvəlki qaydada davam edir. ”.

 

Orxan Məmmədov qeyd etdi ki, lisenziyanın dayandırılması məcmu kapitalın aşağı düşməsi ilə bağlıdır:

 

“Satışlarımız artdığından ehtiyatlarımız da artıb. Normativlərə görə, ehtiyatların artması məcmu kapitalın azalması ilə nəticələnir. Əgər qarşıdakı dövrdə satışlarımız daha da artarsa daha çox ehtiyat yaratmalı olacağıq və məcmu kapital daha da aşağı düşəcəkdir. Belə bir ssenaridə təkar sığorta lisenziyasının dayandırılması müddəti uzana bilər. Əgər satışlarımız sabitləşərsə və ya azalarsa ehtiyatlar mərhələ-mərhələ gəlirə çevriləcək və məcmu kapitalımız artacaqdır. Belə bir ssenaridə lisenziyamız bərpa oluna bilər”.

 

Orxan Məmmədov bildirdi ki, sığorta şirkətləri topladıqları sığorta haqlarını dərhal gəlir şəkilində götürə bilmirlər. İlk öncə toplanan sığorta haqları hesabına ehtiyatlar yaradılır və əgər hadisə olmasa ehtiyat gəlirə çevrilir.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılmışdır. 

 

"“AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin məcmu kapitalının tələb olunan kapitalından az olması ilə əlaqədar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 106.1.8-ci  maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılmışdır",- Palatanın yaydığı məlumatda deyilir.

20.12.2018 09:12

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ