Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Nazirlikdən “Aqrolizinq”in taleyilə bağlı açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazirlikdən “Aqrolizinq”in taleyilə bağlı açıqlama

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC fəaliyyətini davam etdirəcək.

 

Bunu nazir müavini İlhamə Qədimova Prezident İlham Əliyevin ötən gün imzaladığı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” fərmanını şərh edərkən bildirib.

 

O, həmçinin deyib ki, “Aqrolizinq”ə məxsus aqroservislər investisiya müsabiqəsi keçirməklə özəlləşdiriləcək. Bu prosesi isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirəcək.

 

Bundan başqa, İ.Qədimovanın sözlərinə görə, nazirlik fərmana uyğun olaraq kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı təkliflərini 2 ay ərzində hazırlayaraq dövlət başçısına təqdim edəcək. 

 

Xəbər verdiyimiz kimi, Aqrolizinq”in portfeli, texnika və damazlıq heyvanlara güzəştlərin tətbiqi funksiyaları Aqrar Kredit və İnkişaf Agentliyinə ötürüləcək. “Aqrolizinq” hələlik digər funksiyalarını davam etdirəcək.  “Aqrolizinq” ASC kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışında iştirak etməyəcək, yalnız gübrə və pestisidlərin satışını həyata keçirən bazar iştirakçılarından biri olacaq.Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq “Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

20.12.2018 14:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ