Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Fed-in faiz artıracağı ehtimalları azalır, dollar ucuzlaşır - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed-in faiz artıracağı ehtimalları azalır, dollar ucuzlaşır - GÜNƏ BAXIŞ

ABŞ iqtisadiyyatında risklərin artması, FED-in gələn il üzrə faiz artımı ehtimallarını azaltmaqla bərabər dolların da ucuzlaşmasına səbəb olur.


 

Reklam_3_11

Beynəlxalq valyuta birjalarında Amerikanın fond indekslərinin sürətlə ucuzlaşması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də mənfi təsir edir. Təhlillərə əsasən, dollar indeksi cari həftənin minimum səviyyəsinin altında qalarsa, noyabr ayının minimum səviyyələrinə kimi 0.7% də ucuzlaşa bilər.

 

Amerikanın “S&P” və “Dou Cons” indeksləri ucuzlaşmaqda davam edərək, son 14 ayın minimum səviyyələrini yeniləmələri, Amerika iqtisadiyyatında risklərin artmasına işarədir. Beləliklə, Amerika Mərkəzi Bankının (FED) gələn il üzrə faiz artımı ehtimalları da azalır və dünya birjalarında dollar ucuzlaşır.

 

Dünyada iqtisadi risklərin artması, enerji bazarlarında neftə olan tələbin də azalmasına səbəb olur və nəicədə neft qiymətləri ucuzlaşır. Avropanın Brent markalı neftinin bir barel qiyməti artıq 55$-a ticarət edilir və bu səviyyənin altında qalarsa, 53$-a kimi də dəyər itirə bilər.

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da Amerikanın iqtisadi inkişaf göstəricisinin açıqlanması gözlənilir və valyuta birjalarında aktivlik daha da arta bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

21.12.2018 05:59

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ