Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bu şəhərdə otellər 80 faiz doldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu şəhərdə otellər 80 faiz doldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Yeni il bayramı ilə əlaqədar artıq Naftalandakı otel və istirahət mərkəzlərində yerlərin 70-80 faizi əvvəldən sifariş olunub.

 

Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Yeni il bayramına 10 gün qalmasına baxmayaraq, şəhərdə yerləşən 353 yerlik “Chinar Hotel & Spa Naftalan”, 264 yerlik “Garabag Resort & Spa” və 342 yerlik “Gashalti Health Hotel”də nömrələrin 70-80 faizi artıq sifariş edilib.

 

Hazırda Yeni il bayramı ilə əlaqədar bu turizm obyektlərində qonaqların istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilir. Bayram günlərində müxtəlif şou proqramlar təşkil olunacaq.

 

Həmçinin şəhərdəki istirahət mərkəzləri tərəfindən qonaqlara müxtəlif turizm paketləri təqdim olunur. Paketə oteldə gecələmə, qidalanma, eyni zamanda, istirahət mərkəzləri tərəfindən təşkil olunan şou proqramlarda iştirak etmək imkanı daxildir.

 

Bu il də Naftalanda yeni ili qarşılamaq istəyənlər arasında xarici ölkə vətəndaşları çoxluq təşkil edir. Xüsusən də Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarusdan olan vətəndaşlar Naftalanı seçirlər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

21.12.2018 13:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ