Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan bir sıra xarici təkrar sığorta şirkətlərini bazardan kənarlaşdırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bir sıra xarici təkrar sığorta şirkətlərini bazardan kənarlaşdırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin əsas problemi kapitallaşma ilə bağlı olub. Bu barədə jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

 

Onun sözlərinə görə, bir tərəfdən sığorta şirkətlərinin vasitəçiləri hesabına satdıqları sığorta məhsullarının pulunun onlara çatmasında problemlər olub, digər tərəfdən isə şirkətlərin kapitalları az olduqları üçün onlar əldə etdikləri vəsaitin böyük hissəsini təkrar sığorta məqsədi ilə xaricdəki tərəfdaşlarına ötürüblər.

 

“Son nəticədə sığorta şirkətlərinin əsas funksiyası pul transferi olub. Amma sığorta hadisəsi baş verəndə ödənişi həmin təkrarsığortaçılar deyil, yerli şirkətlər özləri ödəməli olurdular. Bu isə əsasən peşəkarlıqla bağlıdır. Bizim sığortaçılar dünyanın aparıcı, 100 il təcrübəsi olan sığorta şirkətlərinin qoyduqları "tələbləri" görə bilmirdilər. Onlar qlobal maliyyə bazarının "canavarlarıdır" və Azərbaycan şirkətlərinə fərdi deyil, hazır, standart məhsullar satırlar. Buna görə də sığora hadisəsi baş verəndə onlardan ödəniş almaq problemə çevrilirdi”, - deyə R.Aslanlı qeyd edib.

 

Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün xarici təkrar sığorta şirkətlərinə qarşı tələblər sərtləşdirilib, onların bir qismi Azərbaycan bazarından kənarlaşdırılıb və bununla da sığorta şirkətlərinin vəsaitlərinin səmərəsiz şəkildə xarici bazara axmasının qarşısı alınıb. Eyni zamanda, sığorta məhsullarının ölkə daxilində satışına nəzarət gücləndirilib, məsələn, avtomobillərin icbari sığortasında elektron satış sisteminə keçilib ki, yerli sığortaçılar yüksək səviyyədə kapitallaşıb öhdəliklərini yerinə yetirə bilsinlər.

 

© Report

24.02.2017 09:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ