Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Qala Həyat“ beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Qala Həyat“ beynəlxalq qurum tərəfindən mükafatlandırıldı

(©) Caspian Business Award 2018 beynəlxalq mükafatının təqdimetmə mərasimində Azərbaycanda həyat sığortası bazarının aparıcı şirkətlərindən olan “Qala Həyat” xüsusi mükafata layiq görülüb.  

 

Reklam_3_11

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, mərasimdə “Qala Həyat Sığorta” şirkətinə “Sığortaçılığın inkişafına verdiyi töhfəyə görə” nominasiyası üzrə mükafat təqdim  olunub.

 

Qeyd edək ki, nominantlar dünyanın 50-dən çox ölkəsində yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilmiş sorğu əsasında müəyyən edilib. İlin yekunu üzrə mükafatlar Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisinə istehsalat və sosial sahələrdə fəal iştirak edən şirkət və top-menecerlərə təqdim olunur. Mükafatlar iqtisadiyyatın neft, qaz, daşınma, telekommunikasiya və İT texnologiya, maliyyə-kredit sistemi, KİV və bir çox sahələrini əhatə edir.

 

Xatırladaq ki, sıralarında dünyanın 70 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

 

Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.

21.12.2018 14:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ