Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ehtiyac meyarı və yaşayış minimumunun məbləğləri təsdiq edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ehtiyac meyarı və yaşayış minimumunun məbləğləri təsdiq edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb. 

 

"Marja"nın məlumatına görə, qanunda deyilir:

 

Maddə 1. Ehtiyac meyarının həddi

 

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilsin.

 

Maddə 2. Qanunun qüvvəyə minməsi

 

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.


Həmçinin Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında qanunu imzalayıb.

 

Qanunda deyilir: 

 

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

 

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.

 

Maddə 2. Qanunun qüvvəyə minməsi

 

Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

21.12.2018 17:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ