Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İnşaat sektorunda keyfiyyətli armaturların əhəmiyyəti

iç səhifə xəbər başlığı altı (mobil)_31
İnşaat sektorunda keyfiyyətli armaturların əhəmiyyəti
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son zamanlar inşaat sektorunda istifadə olunan armaturun keyfiyyəti ilə bağlı yazılan xəbərlərdən yola çıxaraq mövzu ilə bağlı araşdırma nəticələrini oxucularımıza təqdim edirik.

 

Araşdırmamızı yazıda xüsusi ilə qeyd  edilən PAŞA İnşaatın sifarişi ilə  podratçı şirkətlərin inşa etməkdə olduğu qaçqın və məcburi köçkün ailələri üçün nəzərdə tutulan "Qobu Park" və "Pirallahı" yaşayış komplekslərinin inşasında istifadə edilən armatur materialının keyfiyyətinin yoxlanılması ilə başladıq. Araşdırma zamanı müəyyən edildi ki, qeyd edilən layihələrdə istifadə üçün 2017-2018 ci illər üzrə  Rusiya Federasiyasına məxsus Novokuznetsk şəhərindəki “Evraz” və Çelyabinsk şəhərindəki “Meçel” metallurgiya zavodlarından 12300 ton A-500 markalı armatur idxal edilmişdir.  Bununla yanaşı qeyd edilən illər ərzində layihələri icra edən podratçı şirkətlər "Baku Steel Company" MMC-dən 3690 ton armatur materialı alışı etmişdir.

 

Alınmış materialların keyfiyyəti və standartlara uyğunluğunun yoxlanılması məqsədilə FHNin müvafiq qurumları tərəfindən müxtəlif tarixlərdə material nümunələri götürülərək S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyasında yoxlanılmış və laboratoriya nəticələri podratçı şirkətlərə təqdim edilmişdir. Bu tip yoxlamanın sonuncusu 12.12.2018ci tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aparılmış, nəticələri isə 18.12.2018ci il tarixdən podratçı şirkətə təqdim edilmişdir. (Laboratoriya yoxlama nəticələri araşdırmamıza əlavə edilir). 

 

S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyanın təqdim etdiyi nəticələrə tərəfimizdən baxış keçirildi, məlum oldu ki qeyd edilən layihələrdə istifadə edilən armatur materialları tələb edilən qayda və normalara tam uyğundur, inşaat zamanı heç bir əlavə ölkənin və ya sexlərin keyfiyyətsiz və tələblərə cavab verməyən materiallarından istifadə edilməmişdir.

24.12.2018 10:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ