Palata bu “əməliyyatın” da qarşısını alır
2017-ci il ərzində Azərbaycanda sığorta şirkətlərinə qarşı yeni tələblərlərin müəyyən edilməsi nəzərdə tutulub. Yeni tələblərdən birinin sığorta şirkətlərinin investisiya fəaliyyətlərinə dair olacağı gözlənilir.
“Marja”nın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib ki, qanunvericilik icazə versə də, Azərbaycanda bir çox bankın sığorta şirkətinin səhmdarı olması sui-istifadə hallarının yaranmasına səbəb olur.
"Azərbaycanda bir çox sığorta şirkətinin səhmdarları banklardır. Bir il əvvələ qədər sığorta şirkətlərinin nə qədər vəsaitləri var idisə, aparıb qoyurdular öz banklarına. Bank sığorta şirkətinə kapital qoyurdu, sığorta şirkəti yenidən həmin vəsaiti səhmdarı olan banka depozit yatırır. Bank da həmin vəsaitlə kredit verirdi. Adı da var idi ki, burada vəsait var. Biz keçən il bunu bir qədər limitlə məhdudlaşdırmışıq. Artıq qanuna daha sərt ediləcək. Bundan sonra sığorta şirkətləri investisiya fəaliyyətlərini şaxələndirməyə başlayacaqlar. Sığorta şirkətləri kapitalı depozit adı ilə səhmdarına qaytara və yığdıqları sığorta haqlarını da səhmdarının biznesinə yönəldə bilməyəcəklər. Bu zaman sığorta şirkəti yeni invstisiya alətləri axtarmaq məcburiyyətində olacaqlar və pul iqtisadiyyatın digər sektorlarına daha uzunmüddətli şəkildə yatırılacaqdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
3 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl