Mobil manşet üstü reklam_21

"Torpaq payı olan insan məşğul sayılır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Torpaq payı olan insan məşğul sayılır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Torpaq payı olan insan məşğul sayılır".

 

Reklam_3_11

Bunu müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadə bildirib.

 

"Bir çox vətəndaşlar belə hesab edir ki, məşğul adam yalnız dövlət qurumunda ştat cədvəlində adı olan və saat 9-dan 18-dək işləyən şəxslərdir. Beynəlxalq Əmək Təşkilatının tam fərqli bir anlayışı var. Məşğul əhali (iqtisadi fəaliyyətlə məşğul olanlar) - nəzərdən keçirilən müddət ərzində (tədqiq olunmuş həftə) pul və ya natura şəklində ödənilən işə görə həftədə ən azı bir saat işləyən, mənfəət və ya ailə gəlirləri üçün özünə işləyən; ailənin gəlirini artırmaq üçün ailə təsərrüfatında işləyən şəxslər hesab olunur. Torpaq payı olan insan məşğul sayılır.

 

Azərbaycanda daimi iş yerləri açılır, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün imkanlar yaradılır Azərbaycanın sosial siyasət konsepsiyasının əsas istiqamətlərindən biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması, məşğulluğun coğrafiyasının genişləndirilməsi, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır.

 

Məhz ünvanlı sosial yardılmdan asılılığı aradan qaldırmaq üçün ölkədə aktiv özünəməşğulluq proqramı həyata keçirilir. Özünəməşğulluq əmək bazarında iş qabiliyyəti olan, lakin özünə iş tapmaqda çətinlik çəkən vətəndaşların ayrıseçkiliyə məruz qalmaması üçün dövlət tərəfindən həyata keçirilən məşğulluq tədbiridir. Yəni özünəməşğulluq öz bizneslərini qurmaq üçün dövlət tərəfindən vətəndaşlara təmənnasız şəkildə aktivlərin verilməsidir. Bütövlükdə Dövlət insanların təhsil almaq, savad və bacarıqlarını artırmaqla yanaşı onların biznes qurmalarını da diqqətdə saxlayır", - A.Tağızadə deyib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

24.12.2018 08:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ