Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

BirBank “Millinet” mükafatı alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
BirBank “Millinet” mükafatı alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Kapital Bank-ın BirBank mobil tətbiqi Azərbaycan İnternet forumunun təsis etdiyi “Millinet” mükafatına layiq görülüb. BirBank ölkənin “Elektron hökumət və maliyyə-bank mobil tətbiqi” nominasiyasında ən yaxşı mobil tətbiq seçilib.

 

“Millinet” Milli İnternet Mükafatı 2009-cu ildən etibarən hər il Azərbaycan internet məkanında korporativ, ictimai-sosial, media və informasiya saytları, bloqlar və mobil tətbiqlər arasında ən yaxşılarını müəyyən edir.

 

Qeyd edək ki, BirBank tətbiqini 300 000 nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.

 

Həmçinin tətbiq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş sistemində ödənişlər həyata keçirmək mümkündür. QR Pay vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

24.12.2018 09:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ