Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Növbəti OPEC+ görüşü gələn ilin I rübündə Bakıda keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Növbəti OPEC+ görüşü gələn ilin I rübündə Bakıda keçiriləcək

 Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin növbəti birgə görüşü fevralın sonu və ya martın əvvəlində Bakıda keçiriləcək.

 

Reklam_3_11

“Reuters” xəbər verir ki, OPEC-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Suheyl əl-Məzrui Neft İxrac edən Ərəb Ölkələri Təşkilatının konfransında bildirib.

 

BƏƏ-nin energetika nazirinin qeyd etdiyinə görə, neft hasilatçılarının görüşündə neft bazarının 2018-ci ilin yayında əldə edilən tarazlığa qaytarılması barədə danışıqlar aparılacaq.

 

Azərbaycan energetika nazirinin müşaviri Zəminə Əliyeva OPEC+ çərçivəsində növbəti görüşün fevralın sonu, martın əvvəlində Bakıda keçiriləcəyi ilə bağlı məlumatı təsdiqləyib. Lakin o bildirib ki, görüşün dəqiq tarixi hələlik müəyyənləşdirilməyib.

 

Qeyd edək ki, dekabrın 7-də OPEC+ 2019-cu ilin yanvar ayından ilin I yarısında gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılığa gəlib. Bu həcmin 800 min bareli OPEC, 400 min bareli qeyri-OPEC üzvlərinin payna düşür.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

24.12.2018 09:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ