Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Elektron formada qısa idxal bəyannəməsi verməyənlər cərimə oluna bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Elektron formada qısa idxal bəyannəməsi verməyənlər cərimə oluna bilər

Azərbaycanda Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə cərimələr tətbiq olunacaq.

 

Bu barədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

 

Təklif olunan dəyişiklik Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməsini nəzərdə tutur. Dəyişiklik bu hərəkətin edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutmaq məqsədilə təklif edilir.

 

Təklif edilən qanun layihəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat , hüquqi şəxslər 500 manat məbləğində cərimə olunacaqlar.

 

Təklifə əsasən, mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi ilə bağlı cərimələr olduğu kimi qalacaq. Qeyd edək ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilərkən gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 100manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

 

Bildirək ki, bununla yanaşı, Gömrük Məcəlləsində də dəyişiklik edilməsi təklif edilir. Bu qanun layihəsi də malların gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannəməsi verilməsini nəzərdə tutur. 

 

"Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannəməsi verilir. Bəyənnamənin verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulsa da , gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur.",-deyə təklifə qeyd olunub. 

 

Həmçinin Məcəllənin 13-1.2 maddəsində bildirilir ki, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə qaydaları, o cümlədən xarici ticarət iştirakçıların "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

24.12.2018 13:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ