Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu ilin sonunadək 8 "KOB Dostu" fəaliyyət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu ilin sonunadək 8 "KOB Dostu" fəaliyyət göstərəcək

2018-ci ilin sonunadək Azərbaycanda 8 “Kiçik və orta biznesin dostu” ("KOB Dostu") mərkəzi fəaliyyət göstərəcək. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib

 

" Agentlik dövlət başçısının tapşırıqlarının icrası istiqamətində tədbirlər həyata keçirib, bir sıra layihələrin icrasına başlanılıb. Belə ki, kiçik və orta biznesin inkişafının qanunverici bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülüb. Artıq Masallı, Siyəzən, Xaçmaz və Şabranda 4 “KOB Dostu” fəaliyyətə başlayıb, ilin sonunadək Gəncə, Yevlax, Quba və Qusarda da “KOB Dostu” fəaliyyətə başlayacaqdır.

 

Hazırda ilk “KOB evi”nin Bakı şəhərində yaradılması istiqamətində işlər aparılır. Ümumiyyətlə, “KOB evləri”ndə sahibkarlara 34 dövlət təşkilatının 110-a yaxın xidməti təqdim ediləcək. Eyni zamanda, elektron formada vahid platforma üzərindən xidmətlər göstərəcək “e-KOB evi” portalının yaradılması ilə bağlı işlər davam etdirilir", - Orxan Məmmədov bildirib.

25.12.2018 04:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ