Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Prezident yol polislərinə verilən 9 kameralı maşınlara baxdı - Fotolar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident yol polislərinə verilən 9 kameralı maşınlara baxdı - Fotolar

Prezident İlham Əliyev bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışında iştirak edib.

 

Reklam_3_11

Daha sonra ölkə başçısı Daxili işlər naziri Ramil Usubovla birgə xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.

 

Məlumat verilib ki, Yol Patrul Xidməti üçün “Mersedes” markalı 118 avtomobil alınıb. Onlardan 75-i “Mersedes”in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir. Bu avtomobillərin hamısında yeni i-Patrul sistemi quraşdırılıb. Bu sistem texniki xüsusiyyətlərinə görə əvvəlkilərdən xeyli fərqlənir.

 

Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən doqquz videonəzarət kamerası ilə təchiz olunub. Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan “Radar” quraşdırılıb. Həmçinin avtomobillərdə yan istiqamətlərdə “Nömrətanıma”, gecə görüntüsü üçün 30 metrlik məsafəni əhatə edən “infraqırmızı” görünməz işıqlandırma sistemləri və GPS modulu var. Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir. Eyni zamanda, Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülür.

 

Məlumat verilib ki, Post Patrul Xidməti üçün isə “Mersedes Citan” markalı 60 avtomobil alınıb. Bu avtomobillər də zəruri texniki avadanlıqla təchiz olunub. Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında digər xidmətlər üçün Azərbaycan istehsalı olan “Khazar” LD avtomobilləri də alınıb.

25.12.2018 14:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ