Azərbaycan Bolqarıstanla audit sahəsində əməkdaşlıq edəcək

Fevralın 27-də Azərbaycan Auditorlar Palatası ilə Bolqarıstan Sertifikatlı Mühasiblər İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanacaq.

 

Bu barədə Palatanın sədri Vahid Novruzov məlumat verib.

 

Onun sözlərinə görə, hazırda rəhbərlik etdiyi qurum 30-a yaxın ölkənin analoji qurumu ilə əməkdaşlıq edir.

 

Bundan başqa, V.Novruzov qeyd edib ki, bu ilin sentyabr ayında Bakıda “Azərbaycanın strateji yol xəritəsi: şəffaflıq və hesabatlılıq problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək: “Bu tədbiri Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə keçirməyi planlaşdırırıq”.

 

© Report

24 Fevral 2017, 15:17   
Xezer İnshaat
REKLAM
DİGƏR XƏBƏRLƏR

18 Oktyabr 15:45

Aqrar

100 min tona çatdı

100 min tona çatdı

Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]