Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

"Bu il 50-dən çox azərbaycanlı dünyanın aparıcı universitetlərini bitirib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu il 50-dən çox azərbaycanlı dünyanın aparıcı universitetlərini bitirib"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Təhsil Nazirliyinə müraciət edən məzunlar sırasında dünyanın ən nüfuzlu ali məktəblərini bitirən Azərbaycan vətəndaşları da var.

 

Nazirlikdən bildirilib ki, cari ildə Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu, Kembric Universiteti, Oksford Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Şərq Texniki Universiteti, Bilkent Universiteti və dünyanın digər aparıcı ali təhsil müəssisələri tərəfindən verilən diplomların nostrifikasiyası üzrə Təhsil Nazirliyinə 50-dən çox müraciət daxil olub.

 

Qeyd olunub ki, həmin müraciətlərin böyük əksəriyyəti müsbət cavablandırılıb, digər hissəsinin icraatı isə hələ davam edir: “Nəzərə alınmalıdır ki, hazırda həmin ali məktəblərdən məzun olmuş vətəndaşların müəyyən hissəsi xaricdə təhsillərini növbəti pillədə davam etdirir, təcrübə qazanır. Həmin şəxslər diplomlarının nostrifikasiyası üçün Təhsil Nazirliyinə hələ müraciət etməyiblər”.

 

Nazirlikdən həmçinin bildirilib ki, bu il nostrifikasiya üzrə daxil olmuş müraciətlər arasında xarici ölkələrin dövlət universitetlərindən məzun olanlar özəl universitetlərlə müqayisədə sayca üstünlük təşkil edib.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

26.12.2018 07:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ