Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mərkəzi Bank: Neft ucuzlaşır, xarici mühit qeyri-müəyyəndir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank: Neft ucuzlaşır, xarici mühit qeyri-müəyyəndir

"Pul-kredit siyasətinin xarici mühitində baş verən dəyişikliklər və qeyri-müəyyənliklər diqqətdə saxlanacaqdır".

 

Bu barədə "Marja"ya Mərkəzi bankdan bildirilib. 

 

"Beynəlxalq konyunkturda son iki ayda yeni meyillər müşahidə edilir və neftin qiyməti cari ildəki pik səviyyəsi ilə müqayisədə əhəmiyyətli azalmışdır. Bu şəraitdə faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması xarici mühitdəki qeyri-müəyyənliklərlə izah olunur".

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı xarici mühitdəki qeyri-müəyyənliklərlə, xüsusilə neftin qiymətinin kəskin düşməsilə bağlı olaraq faiz dərəcələrinə toxunmayıb. 


Mərkəzi Bankın İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 9.75%, faiz dəhlizinin yuxarı həddi 11.75%, aşağı həddi isə 7.75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılmışdır. Qərar 26 dekabr 2018-ci il, saat 14.00-dan qüvvəyə minir. Ətraflı: Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı

26.12.2018 10:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ