Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Veysəloğlu” yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Veysəloğlu” yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 “Veysəloğlu” şirkəti ənənəvi olaraq xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz uşaqları yad edib.

 

Belə ki, 23 dekabr tarixində “Veysəloğlu”nun bir qrup əməkdaşı Xətai rayonu, Şağan qəsəbəsində yerləşən 1 saylı Sosial Xidmət Müəssisəsində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün Yeni il şənliyi təşkil edib.

 

Ziyafət süfrəsi ilə başlayan tədbir daha sonra şirkət tərəfindən təşkil olunmuş musiqili əyləncələr ilə davam etdirilib. Təxminən 80 nəfərə yaxın uşağın iştirakı ilə baş tutan bayram şənliyində hər bir uşağa xüsusi diqqət göstərilib, həmçinin onlarla söhbətlər edilib. Şaxta babanın iştirakı isə uşaqları daha da sevindirib, maraqlı anların yaşanmasına səbəb olub.

 

Uşaqlar da öz növbəsində onlara baş çəkməyə gələn qonaqları əliboş qarşılamayıb, onların qarşısına öz əl işləri ilə çıxıblar.


Sonda şirkət nümayəndələri uşaqlara xüsusi bayram sovqatı hədiyyə edib, ardınca isə xatirə şəkli çəkdirilib.

26.12.2018 11:09

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ