Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Nazir: “Heç kim əvəzolunmaz deyil, sabah mən də olmayacağam”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir: “Heç kim əvəzolunmaz deyil, sabah mən də olmayacağam”

“Əgər vaxtı ilə nazirlikdə çalışan insanlar, o cümlədən bizimlə 12 il çiyin-çiyinə işləyən Ədalət Vəliyev də bu gün işləmək arzusunu ifadə etsə, biz canla-başla onlara lazımi şəraiti yaradacağıq. Hər kəsə böyük hörmətlə yanaşıram. Amma həyat davam edir, heç kim burada əvəzolunmaz deyil”.

 

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

 

“Sabah mən də olmayacağam, yeni nazir olacaq, Prezidentin siyasəti davam olunacaq, Azərbaycan mədəniyyəti inkişaf edəcək, heç nə də dağılmayacaq. Bunu sizə əmin edirəm. Ona görə də hamıya əlimi uzatmağa hazıram. Hesab edirəm ki, bu gündən etibarən biz nazirliyin yeni strukturunda yeni mərhələyə çatmalıyıq”.

 

Xatırladaq ki, Ədalət Vəliyev mədəniyyət və turizm nazirinin keçmiş müavinidir. Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi yaradılarkən Ə.Vəliyevə yeni nazirlikdə vəzifə verilməyib. Mətbuatda bu mövzuya həsr edilmiş bir neçə məqalə dərc olunub.

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

© Report

26.12.2018 11:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ