Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Gürcüstanın yeni Prezidenti: "Azərbaycanla dostluq əlaqələrinin və münasibətlərin inkişafına çox böyük önəm veririk"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gürcüstanın yeni Prezidenti: "Azərbaycanla dostluq əlaqələrinin və münasibətlərin inkişafına çox böyük önəm veririk"

 Gürcüstanın yeni Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

 

Reklam_3_11

Məktubda deyilir:

 

"Zati-aliləri.

 

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

 

Bu əlamətdar gündə qeyd etmək xoşdur ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə irəliləyiş və tərəqqi əldə etmiş, eləcə də siyasi, iqtisadi və mədəni sahələrdə yüksək inkişaf dinamikasına nail olmuşdur. İcazə verin, bir daha bildirim ki, Gürcüstan Azərbaycanla dostluq əlaqələrinin və qarşılıqlı faydalı münasibətlərin inkişafına çox böyük önəm verir. Əminəm ki, Gürcüstan və Azərbaycan arasında olan uzunmüddətli dostluq və strateji tərəfdaşlıq birgə səylərimizlə ölkələrimizin ortaq maraqları naminə gələcəkdə daha da möhkəmlənəcək və dərinləşəcək.

 

Fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

 

Zati-aliləri, xahiş edirəm Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və dost Azərbaycan xalqının əmin-amanlığı və rifahı naminə önəmli işlərinizdə daha böyük müvəffəqiyyətlər arzu edirəm".

26.12.2018 14:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ