Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Azərpoçt”un mənfəəti kəskin azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərpoçt”un mənfəəti kəskin azalıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 115 milyon 228 min manat təşkil edib.

 

Reklam_3_11

Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,3% çoxdur.

 

2017-ci ildə “Azərpoçt”un uzunmüddətli aktivləri 1,8% azalaraq 57 milyon 98 min manata düşüb, qısamüddətli aktivləri isə 36,1% artaraq 58,13 mln. manata çatıb.

 

Ötən il “Azərpoçt”un cəmi öhdəlikləri 25,8% artaraq 57 milyon 185 min manat, o cümlədən uzunmüddətli öhdəlikləri 9,3% azalaraq 14 milyon 273 min manat, qısamüddətli öhdəlikləri isə 44,5% artaraq 42 milyon 912 min  manat təşkil edib. Hesabat dövründə şirkətin cəmi kapitalı isə 4,8% artaraq 58 milyon 43 min manat olub.

 

2017-ci ildə “Azərpoçt”un göstərdiyi xidmətlərdən gəlirləri 46 milyon 11 min manat (2016-cı ilə nisbətən 15% çox), xidmətlərinin maya dəyəri 28 milyon 383 min manat (18,1% çox), digər əməliyyat gəlirləri 2 milyon 412 min manat (13,5% az), digər əməliyyat xərcləri 17 milyon 594 min manat (32,1% çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 127 min manat (2016-cı ildə gəlir olub), maliyyə xərcləri isə 632 min manat (2016-cı ildə zərər olub) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

 

Son nəticədə “Azərpoçt” ötən ili 2 milyon 952 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 4 milyon 596 min manat xalis mənfəətlə çıxmışdı.

 

Xatırladaq ki, “Azərpoçt” 1999-cu ildən fəaliyyət göstərən “Azərpoçt” Dövlət Müəssisənin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73 milyon 344 min manatdır. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Report

26.12.2018 14:52

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ