Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

BFB-də yeni səlahiyyətli treyderlər təyin edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
BFB-də yeni səlahiyyətli treyderlər təyin edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

23 fevral 2017-ci il tarixində Bakı Fond Birjasında Birja Üzvlərinin adından BFB-də səlahiyyətli treyder olacaq yeni namizədlərinin növbəti akkreditasiyası təşkil edilmişdir.

 

Reklam_3_11

Birjadan "Marja"ya daxil olmuş məlumata görə, nəticədə akkreditasiyanı müvəffəqiyyətlə başa vurmuş namizədlərə BFB-də treyder fəaliyyətinin həyata keçirilməsi üçün treyder şəhatədnamələri təqdim edilmişdir.

 

Beləliklə, 23 fevral 2017-ci il tarixinə Bakı Fond Birjasının 6 üzvünün ümumilikdə 14 treyderi akkreditasiyadan keçmiş və onlara birja üzvünün adından BFB-də ticarətdə iştirak etmək hüququ verilmişdir.

 

BFB-də treyderlərin akkreditasiyasının məqsədi, birja üzvü adından birjada ticarətdə iştirak edəcək şəxslərin bilik və bacarıqlarının müvafiq funksiyalara uyğunluğunu müəyyən etmək, o cümlədən səlahiyyətli treyderlərin BFB-də ticarətdə iştirakı üçün zəruri nəzəri və praktiki biliklərə sahib olmasını təmin etməkdir. Eyni zamanda, bu məqsədlə mütəmadi olaraq Kapital Bazarı üzrə Təlim Mərkəzi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə birja üzvlərinin səlahiyyətli treyderləri üçün müvafiq peşəkar təlimlər təşkil edilir.

24.02.2017 14:36

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ