Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neftin bahalaşması 58 dollara kimi davam edə bilər - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin bahalaşması 58 dollara kimi davam edə bilər - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq maliyyə bazarlarında Amerika iqtisadiyyatına dair müsbət siqnallar enerji bazarlarında neft qiymətlərinin 4$ bahalaşmasına səbəb olub.


 

Foreks: Dollarda bahalaşma. 

 

Beynəlxalq valyuta birjalarında Amerikanın fond indekslərinin 6%-lik bahalaşma, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də müsbət təsir edib. Təhlillərə əsasən, dollar indeksi çərşənbə gününün üzərində qalarsa, 0.3% də bahalaşa bilər.

 

Bununla yanaşı, dollar indeksində bahalaşma məhdud qiymətləndirilir və fond indeksləri fonunda uzun müddətli perspektivdə risklər qalmaqdadır. Bu gün Bakı vaxtı ilə saat 19:00-da yayımlanacaq Amerikanın istehlak və ilkin mənzil bazarı ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. 

 

Amerikanın “S&P” və “Dou Cons” indeksləri son 19 ayın minimum səviyyələrinə kimi ucuzlaşdıqdan sonra müvafiq olaraq, 2478.1 və 22975 punkta kimi bahalaşıb. 

 

Qeyd etmək lazımdır ki, fond indekslərində ucuzlaşma, Amerika Mərkəzi Bankının (FED) gələn il üzrə faiz artımı ehtimallarını azaltmaqla və dünya birjalarında dolları da ucuzlaşdırır. 

 

Brent neftində 4$-lıq bahalaşma

 

Amerikanın fond bazarlarında müsbət tendensiya enerji bazarlarında neft qiymətlərinə də müsbət təsir edib. Belə ki, Avropanın Brent markalı neftinin bir barel qiyməti 54$-a kimi 4$ dəyər qazanıb və 55$-ı da yuxarı istiqamətdə qırarsa, bahalaşma 58$-a kimi davam edə bilər.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

 

27.12.2018 05:44

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ