Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Üçüncü Bahar” “Ən fəal maliyyə savadlığı dəstəkçisi” adını alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Üçüncü Bahar” “Ən fəal maliyyə savadlığı dəstəkçisi” adını alıb

(®) 19 dekabr 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Bankçılıq Mükafatları-2018” tədbiri keçirilib.

 

Reklam_3_11

ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri və digər dəvətlilər iştirak edib.

 

Nominasiya üzrə qaliblər sırasında “Üçüncü Bahar” təşəbbüs qrupu da olub. Belə ki, “Üçüncü Bahar” “Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyası üzrə mükafatlandırılıb. Layihənin əsas istiqamətlərindən biri, təqaüdçülər arasında maliyyə savadlığının artırılmasıdır. Aparılan silsilə təlim -tədris proqramları çərçivəsində təqaüdçülərə pos terminallardan, pensiya kartlarından, onlayn ödənişlərdən, nağdsız hesablaşmalardan istifadə qaydaları təşviq edilir. Layihə çərçivəsində nəinki paytaxtda, həmçinin ölkənin beş regionunda təlim proqramları keçirilmişdir.

 

Qeyd edək ki, bu “Üçüncü Bahar”ın ilk mükafatıdır. Təşəbbüs qrupu 2017-ci ildən fəaliyyət göstərir. Maliyyə savadlığı və digər mövzulu tədbirlərə qoşulmaq üçün təqaüdçülər layihənin YAŞA mərkəzinə müraciət edə bilərlər.

27.12.2018 06:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ