Mobil manşet üstü reklam-3_21

“Azpetrol Ltd” Caspian Energy Forum Baku – 2017-nin partnyoru olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azpetrol Ltd” Caspian Energy Forum Baku – 2017-nin partnyoru olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azpetrol Ltd” MMC 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) partnyoru olub.

 

Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin məlumatına görə, “Azpetrol Ltd” MMC sıralarında dünyanın 50 ölkəsindən olan biznesmenləri birləşdirən Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un fəal iştirakçısıdır.

 

“Azpetrol Ltd” MMC-nin baş direktoru Ceyhun Məmmədov region üçün Caspian Energy Forum-2017 kimi əhəmiyyətli tədbiri dəstəkləməyə hazır olduqlarını ifadə edib. Onun sözlərinə görə, şirkət uzun illər ərzində Klubu dəstəkləyir, CEİBC-nin keçirdiyi biznes-forumlarda fəal iştirak edir.

 

“Azpetrol Ltd” MMC bazarda 1997-ci ildən fəaliyyət göstərir. “Azpetrol Ltd” MMC ən müasir, beynəlxalq standartlara cavab verən benzindoldurma və qazdoldurma stansiyalar şəbəkəsinə sahib olan və Respublikada maye yanacaq satışı bazarında öz müştərilərinə yüksəksəviyyəli xidmət göstərən yerli şirkətdir.

 

Caspian Energy Forum-2017-də Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurum rəhbərləri, Azərbaycan Respublikasında akkreditə edilmiş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng beynəlxalq şirkətlərin başçıları iştirak edəcəklər. Forumun işinə dünyanın 50 ölkəsindən 500 deleqat qatılacaq.

 

Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr ediləcək. İkinci sessiya Xəzər regionu ölkələrinin enerji sektorunun inkişafı mövzusunu əhatə edəcək. Üçüncü sessiya isə qeyri-neft sektorunda həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi ilə bağlı olacaq.

 

4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin partnyoru həmçinin «ASE EXPRESS & OCS, DSV» şirkətidir, sponsoru - “R.İ.S.K.” Elmi-İstehsalat Şirkətidir.

 

Forumda iştirak etmək üçün http://caspianenergyforum.com/index.php/en/registration linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

24.02.2017 14:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ