Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda müasir ət satışı məntəqəsi açıldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda müasir ət satışı məntəqəsi açıldı

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq  Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika üzrə müasir heyvan kəsimi və satışı məntəqələrinin təşkili davam etdirilir.

 

Agentliyin yaydığı məlumata görə, bu istiqamətdə yeni ət satışı məntəqəsi Bakı şəhəri, Nizami rayonu ünvanında fəaliyyətə başlayıb.

 

30-a yaxın sahibkarın ət satışı fəaliyyətini həyata keçirəcə biləcəyi məntəqə əhalinin gündəlik ət tələbatının 4 tonunu ödəmək gücündədir.

 

Bu kimi ət satışı məntəqələrinin yaxın gələcəkdə Binəqədi və Yasamal rayonlarında açılması nəzərdə tutulur.

 

Məqsəd ölkə ərazisində heyvan kəsimi və satışının müasir tələblərə uyğunlaşdırılması, qanunsuz heyvan kəsimi və satışı fəaliyyətinin qarşısının  alınması, istehlakçıların hüquqlarının müdafiəsidir.

27.12.2018 11:56

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ