Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“AzerGold” qızıl və gümüş hasilatı həcmlərini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold” qızıl və  gümüş hasilatı həcmlərini açıqladı

26 dekabr tarixində “AzerGold” QSC-nin inzibati binasında Cəmiyyətin rəhbər və işçi heyətinin iştirakı ilə əlvan metalların hasilatı haqqında geniş təqdimat keçirilib.

 

Təqdimat çərçivəsində Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsi, həmçinin Geologiya və dağ - mədən işləri və Əməliyyat bölmələrinin əməkdaşları aparılan hasilat işləri, emal prosesi, Çovdar yatağının ehtiyyatları, qızıl çıxımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

 

Bildirilib ki, 2018-ci ildə 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib. Bundan əlavə, aparılan optimallaşdırma işlərinin nəticəsi olaraq qırma-ələmə sahəsinin filiz emaletmə gücü saatda 100-150 tondan 200-250 tona çatdırılıb. Eyni zamanda, müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30% azaldılaraq hasilatda keçən ilə nisbətən 33% artıma nail olunub. Laboratoriyada aparılan analizlərin dünya standartlarına uyğunlaşdırılması üçün müasir texnologiya olan PAL 1000 sisteminin istifadəsinə başlanılıb.   

 

Daha sonra tədbir hasilat işlərinin daha da optimallaşdırılması, Çovdar yatağının istismar müddətinin uzadılması, Tülallar və Ağyoxuş qızıl təzahürləri sahələrində aparılan işlər, 2019 və 2020-ci illər üzrə istehsalat proqnozları ətrafında geniş müzakirələrlə davam edib.

27.12.2018 12:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ