Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Listinqin təşviqi məqsədilə maliyyə və qeyri-maliyyə güzəştlərinin tətbiqini planlaşdırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Listinqin təşviqi məqsədilə maliyyə və qeyri-maliyyə güzəştlərinin tətbiqini planlaşdırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan hökuməti fond birjasının texnologiya və informasiya infrastrukturunun təkmilləşdirilməsi üçün investisiya tələbatını 10 mln. manat həcmində qiymətləndirir. Bu barədə Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində qeyd olunur.

“Azərbaycanda fiziki və hüquqi şəxslərin maliyyə bazarlarına çıxışı digər ölkələrlə müqayisədə aşağıdır. Qiymətli kağızlar bazarında əməliyyatlar həyata keçirilsə də, ticarət həcmləri kiçikdir. Xüsusilə, 2015-ci ilin yekunları üzrə Azərbayucanda özəl kreditlərin payı ÜDM-in 20%-i, səhm bazarının həcmi - ÜDM-in 1%-i, istiqraz bazarında əməluyyatların həcmi ÜDM-in 7%-i olub”, - deyə sənəddə qeyd edilir.

Azərbaycan hökuməti maliyyə baarlarına çıxışı yaxşılaşdırmaq məqsədilə 7 əsas tədbiri müəyyən edib: listinqə çıxışı məhdudlaşdıran amillərin təhlili, stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi, yeni listinq prosedurlarının müəyyənləşdirilməsi, sahiblik düşüncə tərzinin dəyişdirilməsi, Yol xəritəsinin hazırlanması və icrası, gəlirlilik əyrisinin formalaşdırılması, sekyuritizasiya prosesinin təşviqi.

2020-ci ilə qədər MBNP-nin sekyuritizasiya üzrə normativ hüquqi bazanın hazırlanması nəzərdə tutulur.

“Bu tədbirlər 2020-ci ilədək fond birjasında listinqə mühüm sektorlardan əlavə 5 şirkətin çıxmasını təmin etməlidir. Fond birjasının texnologiya və informasiya infrastrukturunun təkmilləşdirilməsi üçün 10 mln. manat investisiya tələb olunur”, - deyə sənəddə vurğulanır.

Azərbaycanda şirkətlərin listinqə marağının artırılması maliyyə bazarlarının inkişafını sürətləndirə bilər. Belə ki, müvafiq dövlət qurumları üç istiqamət üzrə (təşviqedici tədbirlər, listinq prosesi, sahiblik düşüncəsi) tənzimləməni və qanunvericiliyi təkmilləşdirməklə listinqdə olan şirkətlərin sayını artıra bilərlər. Mövcud qanunvericilik və tənzimləmə şirkətlərin listinqə çıxması üçün əlavə stimullar yaratmır, listinqdə olan və olmayan şirkətləri fərqləndirmir. “Şirkətlərin listinqə daxil olmasını təşviq etmək məqsədilə müvəqqəti maliyyə və qeyri-maliyyə güzəştlərinin verilməsi nəzərdən keçirilə bilər”, - deyə sənəddə qeyd edilir. 

15.12.2016 08:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ