Mobil manşet üstü reklam_21

Rüfət Aslanlı Dünya Bankının nümayəndə heyətini qəbul edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rüfət Aslanlı Dünya Bankının nümayəndə heyətini qəbul edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssis Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Görüş zamanı Palatanın Dünya Bankı ilə əməkdaşlığının uğurla davam etdiyini vurğulayan Rüfət Aslanlı bildirib ki, Dünya Bankının bu dəfəki missiyası çərçivəsində maliyyə bazarlarına nəzarət üzrə mövcud qanunvericiliyin beynəlxalq təcrübəyə əsasən təkmilləşdirilməsi istiqamətində məhsuldar müzakirələr olub. Görüşdə həmçinin bankların rezolusiyası və likvidliyinin tətbiqi mexanizmlərinin və hüquqi çərçivəsinin genişləndirilməsi istiqamətdə Palatanın fəaliyyətinə dəstək imkanları müzakirə edilib.

 

Bundan əlavə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, maliyyə sektorunda istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması, eləcə də qeyri-işlək aktivlərin restruktizasiyası və idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılmasına dəstək mexanizmlərinə dair geniş fikir mübadiləsi aparılıb.

24.02.2017 15:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ